Xəbər lenti
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

AQTA İsmayıllıdakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Baxılıb: 119     Tarix: 28-08-2019 11:45   

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində baş verən qida zəhərlənməsi ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.
Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.
Qeyd edək ki, İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Hazırda xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.шаблоны для dle 11.2