Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb - Şikayət

Baxılıb: 851     Tarix: 30-10-2019 10:38   

“Bu şəraitsizliyə yaşamaq yox, cəhənnəm əzabı demək olar“
“Yeni Günəşli” qəsəbəsinin Samir Cəfərov küçəsindəki 13 saylı, 15 mərtəbəli binada yaşayan 150 ailənin adından ölkə başçısına ünvanlanan məktubda sakinlər adi məişət şəraitindən məhrum edildiklərini bildirirlər. Bir nüsxəsi də“AzPolitika.info”ya göndərilən məktubda qeyd olunur ki, 2015-ci ildən bugünədək bina sakinləri işığa, təbii qaza və suya həsrət qalıblar: ”Bu şəraitsizliyə yaşamaq yox, cəhənnəm əzabı demək olar. 150 ailənin yaşadığı 15 mərtəbəli binada 2015-ci ildən bu günlərimizə qədər suyun, qazın, işığın olmamasını əlaqədar orqanlar necə izah edə bilərlər? Görəsən günahkar biz sakinlərik, yoxsa müvafiq orqanlardır?”
Məktubda qeyd edilir ki, problemlə bağlı bütün müvafiq qurumlara müraciətlər edilib. Lakin heç bir qurum öz üzərinə düşən işi görmək istəmir. Nəticədə 21-ci əsrdə paytaxt şəhərdə 150 ailə adi məişət şəraitindən, işıqdan, sudan və qazdan məhrumdur: “Hörmətli cənab Prezident, 150 ailə adından müraciətimizi xüsusi nəzarətə götürməyinizi, komissiya yaradılmasını, yerində baxış keçirilməsini xahiş edirik. Bu gün hərtərəfli qayğı və diqqətiniz sayəsində Azərbaycanın ən ucqar kəndlərində də insanlar qazdan, sudan və işıqdan istifadə edirlər. Bakıda bu şəraitin olmaması isə sadəcə olaraq faciədir, təxribatdır.”
Sonda sakinlər bir daha ölkə başçısının bu problemi şəxsi nəzarətinə götürərək, 150 ailənin əziyyətinə son qoyacağına ümid etdiklərini bildirirlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar