Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Feysbuka rəqib sosial şəbəkə yaradıldı

Baxılıb: 963     Tarix: 19-11-2019 12:07   

“Vikipediya”nın yaradıcısı Cimmi Vels (Jimmy Wales) Feysbuka rəqib olacaq sosial şəbəkə platforması yaradıb.
Report xəbər verir ki, “istifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə qurulan şəbəkənin adı “Wt:social” olacaq.
Məlumata görə, platformaya üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.
Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar