Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İşçi nə qədər məzuniyyət pulu almalıdır? - Açıqlama

Baxılıb: 929     Tarix: 23-07-2019 12:07   

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimə verilir?
Qaynarinfo.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunvericilik bütün işçilərə, onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur:
"Əmək Məcəlləsinin 110-146-cı maddələri sırf məzuniyyət hüququ ilə bağlıdır. Məzuniyyət hüququnun 4 növü var: 1) əmək məzuniyyəti; 2) sosial məzuniyyət; 3) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 4) ödənişsiz məzuniyyət".
Ekspert vurğulayıb ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir, bayram günləri məzuniyyət günlərinə əlavə edilmir:
"Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar