Xəbər lenti
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Nazir işdən qovulan təhsil işçilərindən danışdı

Baxılıb: 86     Tarix: 11-09-2019 12:33   
Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir.
Musavat.com xəbər verir ki, bu fikri təhsil işçilərinin respublika konfransında çıxışı zamanı Təhsil naziri Ceyhun Bayramov deyib.
O, bildirib ki, bir il bundan əvvəl keçirilən konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım:
"Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb. Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə, 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, əmək müqavilələrinə xitam verilib. 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib. 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib. 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barəsə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmaması barədə qərar qəbul edilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".шаблоны для dle 11.2