Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ermənistandakı bu heykəl Türkiyədə etiraza səbəb oldu

Baxılıb: 484     Tarix: 02-10-2019 09:46   

Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Məhməd Tələt Paşanın qatili Soqomon Teyliryanın heykəlinin qoyulması Türkiyədə etirazlara səbəb olub.
Report-un məlumatına görə, ölkə daxilində və kənarda yaşayan türklər daşnak sui-qəsdçini qəhrəmanlıq simvolu kimi dünyaya tanıtdırılmasını pisləyiblər.
Sosial elmlər üzrə tədqiqatçı, professor Mətin Yıldırım açıqlamasında deyib ki, son günlərdə insanların etirazına səbəb olan heykəldə Tələt Paşanın kəsilmiş başı təsvir edilib: "Təəssüf ki, bu addım kin və nifrət dolu mesaj verməkdədir. Tələt Paşanın qatilinin heykəlini bu şəkildə hazırlayan Ermənistan heç bir şey qazana bilməz. Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar. Onlar hesab edirlər ki, Tələt Paşa, Ənvər Paşa və Camal Paşa “İttihad və Tərəqqi" hərəkatını quraraq o zamanlar Anadolu topraqlarında yaşayan ermənilərin Suriyaya göndərilməsini əmr edən insanlardır. Ermənilər bu qərarı sürgün olaraq qiymətləndirsə də, əslində, belə deyil. Həmin vaxtlar ermənilərin xəyanətkar hərəkətlərini görən “İttihad və Tərəqqi" hərəkatının rəhbərliyi onları öz əsgərləri ilə birlikdə Suriyaya göndərir. Çünki ermənilər səhərlər özlərini dost mövqeyində göstərdikləri halda, axşamlar düşmən cəbhəsinə keçir və xəyanət edirdilər. Anadoludan kənarda yerləşdiyindən ermənilərin Suriyaya göndərilməsi əmri verilir. Azərbaycana gedən ermənilərin əksəriyyəti Anadoluda yaşayan ermənilər olub".
Onun sözlərinə görə, Daşnaksütyun köç sırasında ölən ermənilərin intiqamını almaq üçün "Nemesis" (yunan mifologiyasında intiqam mələyi deməkdir) əməliyyatı keçirirlər: "Nəticədə muzdlu qatil Soqomon Teyliryan Almaniyanın Berlin şəhərində Tələt Paşanı evindən çıxarkən güllə ilə qətlə yetirir. Polislər qatili həbs edir və Teyliryan "sürgün"də çox acılar çəkdiyini, hətta bacılarının da köç sırasında öldüyünü deyir. Ancaq sonradan onun söylədiklərinin tamamilə yalan olduğu ortaya çıxır. Belə ki, S.Teyliryanın oğlu 2015-ci ilə Almaniyada verdiyi müsahibə zamanı atasının "sürgün" zamanı Serbiyada olduğunu və bibisinin isə olmadığını açıqlayır”.
Professor bildirib ki, bu heykəlin qoyulması Xocalıda ermənilərin törətdikləri soyqırımla eynidir: “Biz ermənilərin Xocalıda insanları nə qədər qəddarlıqla qətlə yetirdiklərini gördük. Fikrimcə, onlar öz uşaqlarını türklərə hiss etdikləri kin və nifrəti aşılamaq üçün belə bir yolu seçiblər. Bunu qismən də olsa həyata keçirə biliblər. Bizim istək və tələbimiz bu heykəlin tezliklə götürülməsidir. XXl əsrdə belə nifrət dolu heykəllərin yeri yoxdur. Ermənistan hökuməti səhvini başlayıb heykəli bir an öncə qaldırmalıdır”.
İstanbul Universitetinin tarix müəllimi, professor Halil Bal isə deyib ki, bu, türkləri təhqir etmək üçün hazırlanmış bir abidədir və ən qısa zamanda götürülməsi zəruridir: “Dövlətimiz bu işə müdaxilə etməli və insanlığa sığmayan abidənin çox böyük səhv olduğunu görən hər kəs buna qarşı çıxmalıdır. Tələt Paşa Osmanlının baş naziri və ən müdrik dövlət xadimlərindən biri olub. O, Türkiyəni I Dünya müharibəsində və ən çətin zamanlarında mükəmməl şəkildə idarə edərək qoruyub saxlayıb. Bir qatilə abidə ucaltmaq, əslində, Ermənistan hökumətinin ən böyük səhvidir. Bu əməl onların gənclərinə də yaxşı örnək deyil. Başqa sözlə desək, bu, cinayətə haqq qazandırmaq və terrorizmi alqışlamaqdır. Onlar anlamalıdır ki, bu cür addımlar çıxış yolu deyil. Ermənilər qonşuluq münasibətlərinə və başqa ölkələrin tarixinə böyük hörmətsizlik edirlər. Ona görə də bu əməllərindən əl çəkmələri lazımdır. Türk dövlətləri əl-ələ verib bu heykəlin götürülməsi üçün birlik nümayiş etdirməlidirlər. Yaxın keçmişdə ASALA terror təşkilatı 40-dan çox diplomatımızı qətlə yetirib. Dünya ədalətsizliyə göz yummamalı, terroru və kini yayan dövlətin layiqli cəzası verilməlidir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar