Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gəncə hadisələrində ittiham edilən şəxsdən XƏBƏR VAR

Baxılıb: 555     Tarix: 14-10-2019 12:26   

Gəncə hadisələri ilə bağlı ittiham olunan Zabil Məmmədov azadlığa buraxılmaq üçün Ali Məhkəməyə müraciət edib.
Qanunvehedef.az xəbər xəbər verir ki, o, barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib. Z.Məmmədov müraciətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.Şikayət hakim Tahir Kazımovun icraatına verib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhləməsi onun cəzasını 5 ilə endirib.
Unikal.orgшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar