Xəbər lenti
15/04/2024 [12:42]
Sabah 27° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

POLİS BAKININ MƏRKƏZİNİ NƏZARƏTƏ GÖTÜRÜB – 28 May metrostansiyası və ətraf küçələr bağlanır

Baxılıb: 484     Tarix: 19-10-2019 12:20   

Müxalifətin Milli Şura qanadının 28 May metrostansiyasının qarşısına elan etdiyi mitinqlə əlaqədar olaraq, bu gün səhər saatlarından başlayaraq, polis Bakının mərkəzini, xüsusən də 28 May metrostansiyasının ətrafını ciddi nəzarət altına alıb.

Qanunvehedef.az-nın məlumatına görə, bu dəqiqələrdə polis 28 May metrostansiyasına doğru aparan küçələri bağlayır, həmçinin metronun iş qrafikində də dəyişiklik edilib. Belə ki, 13:00-dan 16:00-a dək qatarlar 28 May metrostansiyasında saxlamayacaqlar.

O da bildirilir ki, polis müxalifətçilərin ətrafda yerləşən iaşə obyektlərində yığışaraq elan olunan saatda aksiyaya cəhd edəcəkləri ehtimalını da nəzərə alaraq, yaxınlıqdakı kafe, restoran, çay evi və ticarət mərkəzlərini də nəzarət altına götürüb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verərək, onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirmək üçün icazə verib. Lakin Milli Şura bununla razılaşmayaraq, Bakının mərkəzinə aksiya elan edib.

Bakı Şəhər Baş Polis İdarəsi razılaşdırılmamış aksiyaya imkan verməyəcəyini bəyan edib.




шаблоны для dle 11.2