Xəbər lenti
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İcra başçısı Polada görə hərəkətə keçdi

Baxılıb: 301     Tarix: 06-11-2019 11:41   
Ağdaşın Məşəd kəndində yaşayn 11 yaşlı Polad Novruzlunun məsələsi Ağdaş Rayon İcra Hakimiyyəti (ARİH) tərəfindən araşdırılıb.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elnur Həmidov deyib.
“Məsələ ilə bağlı ailə İcra Hakimiyyətinə dəvət olunub. Prokuror şəxsən özü ailə ilə görüşüb. Görüşdə iki müstəntiq, tibbi ekspertlər və psixoloq iştirak edib. Tibbi ekspertizanın rəyinə görə, uşağın şiddətə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb. Bundan əlavə, psixoloq da Poladla söhbət aparıb”, - psixoloq qeyd edib.
E.Həmidov Poladın atalığı tərəfindən məktəbdən uzaqlaşdırılması və günü 7 manata heyvan otarması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Polad İlqar oğlu Novruzlu əslində Bərdə rayon Hacılar kənd məktəbinin şagirdidir. Ailəsi əvvəl Bərdədə yaşayıb və uşaq orada məktəbə gedib. İki il bundan əvvəl ailə Ağdaşa köçüblər. Poladın məktəbə getməməsi başındakı yara ilə bağlıdır. Xəstəlik yoluxucu olduğuna görə, uşaqları qorumaq məqsədilə onun məktəbə getməsinə icazə verilmir. Polad müalicə olunduqdan və həkimlər sağlamlığına dair rəy verdikdən sonra təhsil alması bərpa ediləcək.
Poladın çobanlıq etməsi barədə deyilənlər yanlışdır. Düzdür, onun atalığı İsfəndiyar Musayev Bərdədə olanda çobanlıq edib, ailə fermada yaşayıb. Ola bilsin, həmin vaxt uşaq da bu işlə məşğul olub. Amma faktiki olaraq indi belə bir şey yoxdur”.
O, P.Novruzlunun ailəsinin maddi vəziyyəti ilə bağlı əvvəlcədən Milli Məclisə (MM) müraciət etdiklərini deyib:
“Təxminən bir ay əvvəl ailə maddi vəziyyəti ilə əlaqədar MM-ə ərizə yazıb. Oktyabrın 10-da həmin müraciətlə bağlı ailəyə İcra Hakimiyyəti tərəfindən cavab məktubu göndərilib. İcranın fondunda maddi vəziyyəti aşağı olan ailələrə yardım edilməsi ilə bağlı büdcə ayrılmasa da, onlara müəyyən yardımlar edilib. Belə ki, Poladın 1 yaşlı qardaşı Adəm İsfəndiyar oğlu Musayev Ağdaş rayonundakı 8 saylı bağça-körpələr evinə yerləşdirilib. Poladın müalicə olunmsı ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına göstəriş verilib. Sadəcə, valideynlər səhlənkarlıq edərək uşaqlarını xəstəxanaya və körpələr evinə aparmayıblar”.
E.Həmidov ailəyə maddi yardım göstərilməsi üçün aidiyyəti qurumlara tapşırıq verildiyini bildirib:
“Faktiki olaraq ayın 4-dən etibarən körpə bağçaya yerləşdirilib, Poladın xəstəxanada müalicəsinə başlanılıb. Bundan əlavə, valideyinlərin işlə təmin olunması, eləcə də onlara sosial yardım təyin edilməsi üçün müvafiq sənədlərin toplanması ilə bağlı da göstərişlər verilib.
Bildiyim qədərilə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə də sözügedən ailəyə dərman və ərzaq yardımı edib. Problemin tam şəkildə aradan qaldırılması İcra Hakimiyyətinin birbaşa nəzarətindədir”.
Qeyd edək ki, bundan əvvəl Ağdaşın Məşəd kəndində yaşayan 11 yaşlı Poladın atalığı tərəfindən işgəncəyə məruz qaldığı, məcburi işlədildiyi və təhsildən yayındırıldığı bildirilmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər