Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

POLİS MAYORU SƏNAN ASLANOVU DA HƏMKARI ANAR BAYRAMOVUN AQİBƏTİ GÖZLƏYİRMİ?

Baxılıb: 807     Tarix: 07-11-2019 12:51   
 
General Vilayət Eyvazovun nazir vəzifəsinə gəlməsi ilə daxili işlər orqanlarında başlanan kadr islahatları davam etməkdədir. Noyabrın 5-də yayılan məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib. Yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək, 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Eyni aqibət Sumqayıt Şəhər Polis İdarəsinin təhqiqatçısı polis mayoru Sənan Aslanovu da gözləyə bilərmi?
Adı çəkilən zabitdən redaksiyamızın poçtuna şikayət daxil olub. Sumqayıt şəhəri, 34-cü məhəllə, ev - 15/16, mənzil - 25 ünvanda müvəqqəti məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Şirinov Nicat Mahmud oğlu bildirir ki, 07 sentyabr 2019-cu il tarixdə idarə etdiyi "Topaş" markalı 10-OS-335 dövlət nömrə nişanlı avtomobili ilə Sumqayıt şəhəri Koroğlu prospekti ilə Sülh küçəsi istiqamətdə hərəkətdə olarkən qarşı tərəfdən gələn "Mersedes C-Klass" markalı maşın onun yoluna çıxaraq avtomobilini vurmuşdur. Avtomobildə olan özü və ailə üzvləri - Zülfiyə Şirinova və qız övladı Nuriyə Şirinova ağır travma almışlar. Onları təcili yardım maşını ilə Travmatologiya Xəstəxanasına aparmışlar.
Nicat Şirinovun sözlərinə görə, həmin vaxt huşunu itirdiyindən, maşını vuran şəxsin kimliyini dərhal öyrənə bilməmiş, özünə gələndən sopnra isə yalnız həmin adamın adının Qurban olduğunu bilmişdir. Ailə üzvləri ilə birlikdə xəstəxanada müalicə aldıqdan sonra ambulator nəzarətə buraxılıblar. Qızı Nuriyəni isə Neyro-vcərrahiyyə şöbəsinə götürməli olublar.
Baş vermiş hadisə Sumqayıt ŞPİ-nin təhqiqatçısı polis mayoru Sənan Aslanov tərəfindən araşdırılıb. Nicat Şirinov təəəssüf hisssi ilə qeyd edir ki, polis tərəfindən maşının sığortasının ödənilməsi, cinayətkarın məsuliyyətə cəlb olunması istiqamətində heç bir əməli tədbir görülmür: "Polis işçisi aidiyyati sənədləri mənə vermir, məni qəbul etmir və deyir: "Sənədlər arxivdədir, nə vaxt hazır olsa, o vaxt özüm sənə zəng edib deyəcəyəm""
Şirinov onu da bildirir ki, hazırda cərimə meydançasında olan avtomobili avtosalondan aylıq ödənişi 350 (üç üz əlli) manat olaraq kreditə götürübmüş və taksi kimi fəaliyət göstərirrmiş. İndi işləyə bilmədiyindən, nə ödənişi həyata keçirə bilir, nə də 3 azaşlı uşaq böyütdüyü ailəsinin dolanışığını təmin edə bilir. Görünən odur ki, belə davam etsə, avtosalon maşını onun əlindən alacaqdır.
"Cinayət mühakimə icraatinda zərər çəkmiş şəxsin iştirakini tənzimləyən qanunların tətbiqi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsi plenumunun 27 dekabr 1996-ci il tarixli 5 saylı Qərarına əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakimin qərarı və yaxud məhkəmənin qərardadı ilə zərər çəkmiş şəxsin prosessual hüquq və vəzifələri yaranır. Həmin hüquqlardan biri də iş üzrə çıxarılmış qərarları əldə etməkdir. Qərarda (qərardadda) zərər çəkmiş şəxsə hansı zərər dəyməsi göstərilməlidir. Bir neçə növ zərər dəydikdə bu hal qərarda (qərardadda) öz əksini tapmalıdır. Bu halda mayor Aslanovun zərərçəkmiş şəxsi məlumatsız saxlaması anlaşılan deyildir.
Əli Paşayev
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar