Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sabah 22 dərəcə isti olacaq

Baxılıb: 637     Tarix: 07-11-2019 14:07   
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qanunvehedef.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar