Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Beyləqana polis rəisi təyin edildi – Paytaxt polisinin idarə rəisi isə təqaüdə göndərildi

Baxılıb: 817     Tarix: 03-12-2019 15:15   

Daxili İşlər Nazirliyində kadr islahatları davam edir.
Strateq.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Rüstəm Cəfərov Beyləqan rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Xatırladaq ki, Beyləqanın əvvəlki rəisi Rəşid Piriyev bu ilin oktyabr ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Nazirin digər bir əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat olmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar