Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Dəmirəlin Bakıda etdiyi maraqlı “səhv” - 19 illik sirr

Baxılıb: 364     Tarix: 06-12-2019 16:42   
Qırğızıstanda “Manas” dastanının 1000 illik yubileyində ulu öndər Heydər Əliyevə təklif etdim ki, biz də “Dədə Qorqud”un 1300 illiyini qeyd edə bilərik. Bu fikri bəyəndi və “təklifini yaz” dedi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Anar “Bakupost”a geniş müsahibəsində deyib. O, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə bağlı maraqlı bir xatirəni bölüşüb:
“Ona qədər “Kitabı-Dədəm Qorqud”u X-XI əsrlərə aid edirdilər. Dastan mətnində Dədə Qorqudun Həzrət Məhəmmədin müasiri olması işarəsini əsas götürərək dastanın 1300 illiyini qeyd etməyi təklif etdim. Prezident Heydər Əliyevin qərarıyla bu tarix təsdiq olundu, UNESKO və Türkiyə qorqudşünasları tərəfindən də qəbul edildi.
Türk dövlətlərinin rəhbərlərinin iştirakıyla Bakıda keçirilən “Dədə Qorqud” yubiley tədbirinin (2000) səhnələşdirilmiş bədii hissəsinin ssenarisini mən yazmışdım (rejissoru Mərahim Fərzəlibəyovdur). Dövlət başçıları, xüsusilə Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl tamaşanı o qədər bəyənmişdi ki, Türkiyəyə gətirməyi təklif etmişdi.
Bir məzəli detalı də deyim. Tamaşada Dədə Qorqudun dilindən deyilən: “Qoy az ərlər çox olsun, qoy azərlər çoxalsın” sözlərini Süleyman bəy doğrudan da Dədə Qorquda aid olduğunu zənn edərək, çıxışında sitat gətirmişdi”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar