Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rauf Vəliyev seçicilərinə söz verdi: Məsələ qaldırılacaq!

Baxılıb: 641     Tarix: 01-02-2020 10:43   

104 saylı dairədən Rauf Vəliyev Tovuzun 6 kəndində - Köhnəqala, Alakol, Aran Yanıqlı, Dondar Quşçu, Bayramlı və Azaflı kəndlərində sakinlərlə görüş keçirib.
Qanunvehedef.az xəbər verir ki, seçki platforması ilə tanışlıqla yanaşı, sakinlər öz problemlərini namizədin diqqətini çatdırıblar.
Məlum olub ki, bu 6 kəndin hamısında ortaq problem – içməli su problemi var. Çaylar quruyur, artezian quyuları isə yoxdur. Nəticədə əhali müxtəlif yerlərdən fərdi olaraq su daşımağa məcbur olur. Dövlətin qayğısını hər zaman hiss etdiklərini deyən kəndlilər bu problemin də həllini tapacağını gözlədiklərini söyləyiblər.
Bundan başqa, Alakol sakinləri kənd klubunun və xəstəxananın təmirinə ehtiyac olduğunu vurğulayıblar.
Rauf Vəliyev qeyd olunan problemləri ictimailəşdirəcəyinə, millət vəkili seçiləcəyi təqdirdə isə həlli üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağına söz verib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar