Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan vətəndaşlarının Şengen vizası üçün müraciət qaydalarında nə dəyişib?

Baxılıb: 567     Tarix: 03-02-2020 13:31   

2020-ci il fevralın 2-də qüvvəyə minmiş Şengen vizası üçün sənədlərin təqdim edilməsi prosedurundakı dəyişikliklərin təfərrüatları məlum olub.
“Report” xəbər verir ki, onların bəziləri Azərbaycan vətəndaşlarına da aiddir.
Yeni qaydalara əsasən, Şengen vizasına müraciət edən şəxslər üçün viza rüsumu 80 avro təşkil edəcək.
Amma Avropa İttifaqı və Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan vətəndaşlarına viza üçün müraciətin baxılması rüsumu dəyişməyib və 35 avro olaraq qalır (yalnız Şengen vizası).
Bununla belə, Şengen vizası üçün sənədlərin yenidən baxılması 80 avro təşkil edəcək.
6-12 yaş arası müraciət edən uşaqlar üçün viza rüsumu bəndi də Azərbaycan vətəndaşlarına şamil olunmur. Beləliklə, yeni qaydalara görə, Şengen vizasına 6-12 yaş arası müraciət edən uşaqlar üçün viza rüsumu 40 avro təşkil edəcəksə, Avropa İttifaqı və Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, 12 yaşına çatmamış azərbaycanlı uşaqlardan yenə də viza rüsumu götürülməyəcək. Şengen vizasına 6 yaşına çatmamış müraciət edən uşaqlardan viza rüsumu isə ümumiyyətlə götürülmür.
Dəyişikliklər həmçinin Şengen vizası üçün müraciət və onun alınması müddətlərində də olub.
Viza müraciətləri planlaşdırılan səfərdən 6 ay əvvəl (dənizçilər olduğu təqdirdə 9 ay), gediş tarixindən 15 gündən gec olmayaraq təqdim edilə bilər.
Qərar adətən 15 gün ərzində verilir, lakin onun maksimal uzadılması standartlaşdırılacaq və 45 günlə məhdudlaşdırılacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar