Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hacı Rəcəblinin gizli səs yazısındakı Vahabov açıqlama yaydı

Baxılıb: 508     Tarix: 05-02-2020 16:02   

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbli ilə rəqibi Emil Vahavov arasında olan səs yazısının yayılmasına ikinci reaksiya verib.
Qanunvehedef.az xəbər verir ki, E.Vahabov açıqlamasında bildirib:
“Son günlər sosial mediada Hadı Rəcəbli ilə mənim dialoqumu sürətlə yayırlar. Əvvəla, o söhbət yanvarın əvvəlləri olub və orda olan bir nəfər tərəfindən, mənim xəbərim olmadan, səs yazılıb. Amma bu səs yazısının indi yayılması mənim ziyanımadır. Çünki seçicilərim elə bilir ki, mən namizədliyimi geri götürmüşəm. Əziz seçicilər, and olsun Allaha, mən sona qədər mübarizə aparacağam.
İkinci məsələ: heç kim məni bununla bağlı təhdid etməyib, heç kim də heç bir vəd verməyib. Sadəcə olaraq, mənə deyilib ki, məsləhət görürük, geri çəkiləsən. Mən də cavabımda demişəm ki, 25 kənddə 500 imza toplamışam. Xalqın mənə olan etimadını sarsıda bilmərəm”.
E.Vahabov səs yazısı ilə bağlı MSK-ya müraciət edib-etməyəcəyini açıqlamayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov isə saytımıza açıqlamasında Hadi Rəcəbliyə aid olduğu bildirilən səs yazı ilə bağlı MSK-ya şikayət daxil olmadığını, buna görə də hər hansı araşdırma aparılmadığını bildirib.
Qeyd edək ki, mətbuatda 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbliyə məxsus səs yazı yayılıb. Səs yazısında H.Rəcəbli Emil Vahabovdan namizədliyini geri götürməsini tələb edir və MSK sədri Məzahir Pənahova zəng edib, seçkilərin nəticəsini dəyişdirə biləcəyini vurğulayır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar