Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Atalara 7 aylıq ödənişli dekret veriləcək - Yeni layihə

Baxılıb: 674     Tarix: 07-02-2020 14:07   

Finlandiyanın yeni höküməti ataların da uşaqları ilə daha çox vaxt keçirməsini təmin etmək məqsədi ilə hər iki valideynə bərabər müddətli dekret verilməsini nəzərdə tutan layihə hazırlayır.
Report xəbər verir ki, ödənişli dekret hər valideyn üçün 164 günə, toplamda da 14 aya qaldırılacaq.
Finlandiya bu dəyişikliklərlə gender bərabərləyini təşviq etmək istəyir.
Dünyanın ən gənc baş naziri olan Sanna Marin Finlandiyada gender bərabərliyini təmin etmək üçün hələ çox işlərin görülməli olduğunu deyib və ataların uşaqları ilə kiçik yaşlardan yetərincə vaxt keçirməməsindən şikayət edib.
Hazırda Finlandiyada dekret icazəsi 126 gündür. Atalar isə uşaqları iki yaşına çatanadək 66 gün icazədən istifadə edə bilər. Bundan başqa, valideynlər arasında paylaşılması mümkün 6 aylıq icazə də var.
Yeni layihəyə görə, hər valideynə 164 gün məzuniyyət veriləcək.
Nigahda olmayan analar isə hər iki valideynə verilən dekretin toplamı qədər icazədən istifadə edə biləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar