Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Onların xatirəsini əziz tutmaq borcumuzdur...

Baxılıb: 586     Tarix: 19-02-2020 13:45   

“Regional İnkişaf” (RİİB) və “Zəfər” Şəhid Ailələrinə Dəstək ictimai birliklərinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində “Vətən məndən başlayır” layihəsi çərçivəsində RİİB könüllülərinin, region gənclərinin, tarixçilərin və şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliynin sədri Sevinc Alızadə, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və digər natiqlər layihənin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətindən danışıblar.
Bildirilib ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcudur. Həmçinin qeyd edilib ki, onların şücaəti heç vaxt diqqətdən kənarda qalmır, ailə üzvlərinin qayğı və problemləri daim diqqətdə saxlanılır.
Daha sonra gənclər komandalar şəklində vətənpərvərlik mövzusunda danışıb, tarixçilərə suallar ünvanlayıblar.
Qeyd edək ki, regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərə, tarixi keçmişimizə bağlı ruhda yetişməsi, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, şəhid qəhrəmanlarımızın tanıdılması və onların ailələrinə dəstək məqsədilə reallaşdırılan layihənin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar