Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ŞİRVANDA XAUS, ETİRAZ VƏ YA SAXTA DEPUTAT !

Baxılıb: 1 048     Tarix: 24-02-2020 16:23   
 
Növbədənkənar seçki kampaniyasının ən qalmaqallı dairələrindən biri olan 46 saylı Şirvan Seçki Dairəsində baş verənlər, yəqin ki, ölkənin seçki tarixinə düşəcək. Beləki təşviqat təbliğat dövründə heç bir fəaliyəti olmayan İltizam Yusifov qutudan çıxmağı bacardı. Hələ qabaqcadan bu barədə yazmışdıq. Çünkü təbliğatı dövründə iki məhəllədə görüş keçirməyə cəht etsədə daşlanaraq qovulmuşdur.
Bəs necə oldu 46 saylı Şirvan seçki dairəsinin qutularından İltizam Yusifov çıxdı?
İnanınki bu namizəd Şirvan əhalisinin 500 nəfərinin ancaq səsini toplamış olsa, göydən daş yağar.
Bəs nə baş verdi?
Normal seçki günlərindən biri idi. Saat 17:00, məntəqə sədirləri təşvişə düşdülər. İcra hakimiyətinin müavini S. Abıyevin göstərişi ilə məntəqə sədirlərinə telefon vasitəsi ilə səs vermənin nəticələri, hər məntəqə üzrə səs sayını bildirən nəticə artıq göndərilmişdir.
Niyə məhs seçkinin son saatları?
Çünkü böyük qalmaqaldan qorxan bir qrup şəxs ölkə rəhbərinin siyasi kursunun əksinə qərar verərək öz namizədini MM yerləşdirməyə qərar vermişdi.
Bəs necə oldu səs çoxluğu İltizam Yusifova məxsus oldu?
Hə, bu çox maraq doğurur. Məsələ burasındadır ki, artıq qalmış blütenlər İltizam Yusifovu qutudan çıxartmağa bəs etmirdi. (Küçələrə səpələnmiş blütenin kəsilmiş qulaqları buna sübutdur.) Çünkü reallığa oxşaması üçün seçici faizinidə nəzərə almaq lazım idi. Elə isə foks- moks, digər çox səs toplamış namizədlərin blütenlərini İltizam Yusufovun blütenlərinin üzərinə yığmaqla məsələni müşahidəçilərin gözü önündə inandırıcı hal qazandırmaq qalırdı və elədə oldu. Bəzi çəkilmiş kadrlar bunu sübut edirki, bu hadisə müşahidəçilərində gözündən yayınmayıb. Demək blütenlərin yenidən sayılması, həm zaman baxımından həmdə qərar baxımından uzun proses olması çoxlarını arxayınlaşdırıb. Əgər seçilən namizəd düzgün yolla seçilmiş olsaydı yenidən sayıma qorxmadan razılıq verərək oda DSK-da tələbkar olardı. Amma bu gün saxta deputat Şirvanda xaus yaratmaqla, əhalini qıcıqlandırıb etiraz etməsi üçün məcbur edir. Əgər saxta deputat adını özünə yaraşdırıb indidən haqq yeməyə başlanıbsa Allah axrın xeyir etsin. Üzə baxmaq üçün gərək insanda üz ola. Şirvan şəhəri seciciləri  İltizam Yusufovun secilməsinə etraz edirlər və bu seckinin ləğvini tələb edirlər.
Xəyalə Tahirqızıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar