Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Həkimdən xəbərdarlıq: “Yay planı” qurmayın

Baxılıb: 775     Tarix: 05-05-2020 14:49   
İndi yayla bağlı istirahət planı qurmaq vaxtı deyil. Hələ yoluxma riski var və hətta qadağalar yumşaldılsa belə, karantin şərtləri infeksiya yoxa çıxana qədər davam etdirilməlidir. Çimərliklərdən istifadə məsələsi də müəyyən şərtlər daxilində olmalıdır.
Bu sözləri Qanunvehedef-a tibb üzrə professor Adil Qeybulla pandemiyadan sonra çimərlik mövsümündə dənizə getməyin təhlükəsi barədə danışarkən deyib.
A.Qeybulla bildirib ki, artıq karantin tədbirləri yumşaltmağa başlayıb və bu proses gedir:
“Təbii ki, mərhələ-mərhələ böyük ticarət obyektləri, iaşə obyektləri, restoranlar, əyləncə mərkəzlərinin açılması davam edəcək. Bu təbiidir və karantin tədbirləri uzun müddət davam edə bilməz. Ancaq karantin şərtləri infeksiya yoxa çıxana qədər davam etməlidir. Bunu insanlar başa düşməli, anlamalı və riayət etməlidir.
Bu gün insanlar sanki infeksiyanı iqnor ediblər və etinasız yanaşırlar, maskasız gəzirlər, dezinfeksiya tədbirləri görmürlər, sosial məsafə saxlamırlar. Biz ikinci dalğadan ona görə narahatıq ki, o, daha təhlükəlidir. İkinci dalğa zamanı yoluxmayan insan təhlükə altında olur. Ya hər kəs qaydalara riayət etməli, ya da heç bir tədbir görülməməlidir, hamı yoluxmalı, ölən ölməli, kollektiv immunitet yaranmalıdır. Onda da dayanıb infeksiyanın yoxa çıxacağı günü gözləməlisən”.
A.Qeybulla bildirib ki, yayda çimərliklərdən müəyyən şərtlərlə istifadə edilməlidir:
“Təəssüf ki, vətəndaş məsuliyyəti çox aşağıdır.
Çimərliklərdən istifadə məsələsi də müəyyən şərtlər daxilində olmalıdır. Çimərliklərdən az istifadə edilsə, daha yaxşı olar. Çünki çimərliklər ümumidir və çox vaxt həddən artıq sıxlıq olur. Hələ infeksiyanın nə vaxt yoxa çıxacağı məlum deyil. Yaxşı olar ki, yay planı qurmaqdansa, yoluxma riskini azaltmaq üçün tədbirlər görülsün”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar