Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Bakı metrosunda sərnişin artımı gözlənilir"- Bakı Metropolitenindən Özəl AÇIQLAMA

Baxılıb: 646     Tarix: 09-05-2020 11:37   

Xəbər verdiyimiz kimi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşaldılması planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq "Bakı Metropoliteni"nin fəaliyyəti bu gün səhər saat 06:00-dan etibarən bərpa edilib. İnsanların paytaxt ərazisində ən çox istifadə etdiyi Bakı metropoliteninin qatar stansiyalarında sərnişin sıxlığı hazırda müşahidə edilirmi? Yaxın günlərdə bununla bağlı proqnozlar nələri vəd edir?
Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Hazırda metropolitendə hərəkətlə bağlı sıxlığın müşahidə edilmədiyini bildirib. Bununla yanaşı metropoliten rəsmisi yaxın günlərdə sərnişin axınıın artacağını açıqlayıb:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən metroya maskasız daxil olmaq olmaz. Digər yoxlanılan məsələ isə sərnişinlərin icazəsinin olub-olmaması ilə bağlıdır. Hazırda metropolitendə hərəkətlə bağlı sıxlıq müşahidə edilmir. Sosial məsafəni nəinki 1 metr və ya çox, hətta daha çox qorumaq üçün bütün imkanlar var. Nə qatar, nə də ki stansiylarda sıxlıq müşahidə olunmur. Bu gün istirahət günüdür, yaxın üç gündə də belə olacaq. Sərnişin artımı isə gözlənilir. Sərnişinin az və ya çox olmasına baxmayaraq, metropoliten bununla əlaqəli məsələri təhlil edərək texniki nəzarəti altında saxlayacaq".
"Bakı Metropoliteni"n rəsmisi Bəxtiyar Məmmədov insanlara metrodan minumum həddə isifadə etmələrini də tövsiyyə edib:
"Metropolitendən istifadə minimum həddə olmalıdır. Yalnız zərurət varsa, metropolitendən istifadə edilməlidir. Bu xidmətdən də daha çox iş yerinə gedən, insanlara xidmət göstərərək əhəmiyyətli sahələrin işçilərinin istifadə etməsi tövsiyyə olunur".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar