Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda daha bir bazar sökülür? - Açıqlama

Baxılıb: 695     Tarix: 21-05-2020 11:22   
Bir müddətdir Bakının Nəsimi rayonunda yerləşən “Nəsimi bazarı”nın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bazarın bir hissəsinin hələ fəaliyyət göstərməsinə baxmayaraq, söküntünün ərazinin örtülü hissəsində aparıldığı qeyd edilib.
Qanunvehedef.az xəbər verir ki, bazarın səlahiyyətli nümayəndəsi Vaqif Adıgözəlov Report-a bildirib ki, bazarın sökülməsi barədə deyilənlər düzgün deyil:
“Koronavirus xətəliyi ilə əlaqədar ərazidə olan paltar satış yerləri bir-birinə yaxın idi və araları çadırlarla kəsilmişdi. Karantin vaxtı satıcıların çoxu da işə çıxmırdı. Həmin vaxt boş əraziləri yanğından və vurusdan qorumaq üçün çadırları və digər şeyləri söküb təmizləydik. Bazar bağlanmayıb, öz fəaliyyətin davam etdirir. Təmizlənmə işləri təxminən 200 kv metr ərazini əhatə edir. Hər həftə üç dəfə bazarda dezinfeksiya işləri aparılır".
Qeyd edək ki, iyunun 18-də Nəsimi Bazarı ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə "Nəsimi Bazarı"nın 2019-cu il üçün maliyyə hesa­batının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar