Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda karantini pozan direktora xəbərdarlıq edildi

Baxılıb: 648     Tarix: 04-06-2020 09:59   

Bakı şəhəri 237 nömrəli tam orta məktəbin şagirdlərinin xüsusi karantin rejimi dövründə kütləvi tədbirdə iştirak etmələri barədə sosial şəbəkələrdə və KİV-də yayılmış məlumatlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Oxu.az-a idarədən bildirilib.
Araşdırma nəticəsində məlum olub ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 11 may 2020-ci ildə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunmuş maarifləndirmə işlərinə həmin ərazidə yaşayan bir neçə şagird də könüllü olaraq qoşulub və ictimai yerlərdə məlumatverici materiallar paylayıblar.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Bahar Əkbərovanın göstərişi ilə laborant Aygün Qasımova təhsil müəssisəsinin direktoru Təranə Qurbanova ilə razılaşdırmadan məktəbdən kənarda qeyri-hökumət təşkilatları tərəfindən keçirilmiş tədbiri məktəbin adından təqdim edib.
Məktəbdə çalışan işçilərin fəaliyyətinin əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılmamasına görə 237 nömrəli tam orta məktəbin direktoru Təranə Qurbanovaya yazılı qaydada xəbərdarlıq edilib.
Eləcə də, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin direktor müavini Bahar Əkbərovaya töhmət verilib, laborant Aygün Qasımova barəsində qanunamüvafiq tədbir görülməsi isə məktəbin direktoruna tapşırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il martın 3-dən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Xatırladaq ki, bir müddət əvvəl paytaxtda yerləşən 237 nömrəli tam orta məktəbin direktoru Təranə Quliyeva şagirdləri kütləvi tədbirə çağırıb.
Bu da ölkədə elan olunmuş xüsusi karantin rejiminin tələblərinin kobud şəkildə pozulmasıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər