Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Masallı-Astara yolunun səmərəli olub-olmadığı öyrəniləcək

Baxılıb: 997     Tarix: 24-06-2020 17:41   

Asiya İnkişaf Bankı (ADB) Masallı-Astara avtomobil yolunun bir hissəsinin yenidən qurulması layihəsinin sosial-iqtisadi faydasını 2022-2023-cü illər ərzində qiymətləndirə bilər.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən layihəyə dair hesabata görə həmin vaxt ərzində yolun istifadəyə verilməsindən 4 ildən artıq keçəcək, bu da hərtərəfli qiymətləndirmə aparmaq üçün münasibdir.
Qeyd edək ki, sözügedən layihə Masallı-Astara yolunun 59 kilometrlik hissəsinin başqa istiqamətdən inşasını, yolboyu 4 ədəd nəqliyyat vasitələri tərəzisinin qurulmasını və dayanacaqların təşkilini, yola qulluq avadanlığının gətirilməsini, ətraf ərazilərdə 120 kilomertədək yerli yolların əsaslı təmirini, yol şəbəkəsinin idarəetməsini gücləndirmək üçün tədbirləri ehtiva edir.
2007-ci ilin 28 sentyabr tarixində ADB ölkənin yol şəbəkəsinin inkişaf proqramı çərçivəsində Masallı-Astara yolunun bir hissəsinin yenidən qurulması üçün 500 milyon ABŞ dolları həcmində multitranş maliyyələşməni təsdiq edib. Bunun 200 milyon ABŞ dolları həcmindəki ilk tranşı həmin ilin 4 oktyabr tarixində təsdiqlənib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar