Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hacı Şahindən Qurban bayramı çağırışı

Baxılıb: 658     Tarix: 31-07-2020 13:55   

Pandemiya dövründə aztəminatlı ailələrin yardıma daha çox ehtiyacı var. Qurban bayramı paylaşma bayramıdır, yardımlaşma günüdür. Bu məsələdə bütün cəmiyyət səfərbər olmalıdır. Qurban bayramının əsas mahiyyəti də bundan ibarətdir.
Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli Qurban bayramı ilə bağlı tövsiyələrində deyib.
Şahin Həsənli bildirib ki, hər il olduğu kimi, bu il də 300-400 aztəminatlı ailəyə QMİ tərəfindən qurban əti paylanacaq:
“Bu il xüsusilə ehtiyacı olanlara yardım etməliyik. Bəzi hallarda qurban əti paylanarkən ehtiyac məsələsi yox, sadəcə tanışlıq əsas götürülür. Amma qurbanın qəbul olunması üçün onun ehtiyaclı insanlar arasında bölünməsini tövsiyə edirəm. İmkanı olan insanlar bunu mütləq etməlidirlər”.
O, bu il Həcc ziyarətinə gedə bilməyənlərin ziyarət üçün ayırdığı vəsaiti xeyirxah işlərə sərf etməsini məsləhət görüb:
“Pandemiyaya görə Həcc ziyarəti təxirə salındı və yalnız Səudiyyə Ərəbistanı vətəndaşları Həcc ziyarətini yerinə yetirdilər. Bu il ikinci və ya üçüncü dəfə Həcc ziyarətinə getmək istəyən insanlar həmin vəsaiti xeyriyyə işlərinə sərf etsələr, yaxşı olar. Bu da elə Həccin savabını əldə etmək üçün bir vəsilə ola bilər”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar