Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Novruzov tibb ekspertlərinin təkliflərini bəyənməyib – “Harda maska, dərman pulsuz verilir?”

Baxılıb: 697     Tarix: 03-08-2020 11:03   

Bir qrup tibb sahəsi üzrə professor, ziyalı, icimai-siyasi fəal hökumətə pandemiya ilə mübarizədə təkliflərini təqdim ediblər. Onlar təkliflərə keçməzdən öncə 2020-ci ilin may-iyul aylarında kütləvi yoluxmaların sayının kəskin artması ilə bağlı özlərinin mülahizələrini irəli sürüblər. Həmin şəxslər qeyd ediblər ki, fevral-aprel aylarında - mübarizənin başlanğıcında bir çox müsbət və effektli addımlar atılsa da, sərhədlər vaxtında bağlanmayıb.
Habelə qeyd edildiyinə görə, karantin tədbirlərinə anında start verilməyib, sərt karantin qaydaları zamanı bəzi yanlışlıqlara yol verilib və rejimin yumşaldılmasından əvvəl lazımi təlimatlar hazırlanmayıb. Təklif müəlliflərinin fikrincə, həmçinin, əhalinin sanitar-tibbi maarifləndirilməsi işlərinin keyfiyyətsizliyi, insanların tibbi-psixi reabilitasiyası və əks-epidemik davranışların (sosial məsafə gözlənilməsi, maska taxılması və s) pozulması kütləvi yoluxmaların sayının kəskin artması ilə nəticələnib.
Təkliflər sırasında bütün COVİD-19 testləri və müayinələrinin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılması, tibbi maskaların pulsuz paylanılması vacib sayılıb. 
Eyni zamanda, aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarətin təmin edilməsi və 5 avqustdan ( Həmin tarxə kimi Bakı vəölkənin bir sıra yerlərindəkarantin sərtləşdirilib) karanin reiminin yumşaldılması vacib sayılır. Habelə, qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iasə müəsisələrində, istehsal müəssisələrində, inzibati, özəl binalarda, idman obyektlərində insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanması və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə olunur.
Təkliflər sırasında qeyd olunur ki, COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, DST ( Dünya Səhiyyə Təşkilatının) təlimatlarına müvafiq aparılmalıdır: “Mediada əhalinin COVİD-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80%-nın xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur.
Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması vəönlənməsi) aparılmasıüçün müvafiq addımlar atılmasını məqsədə müvafiq hesab edirik...”.
Milli Məclisdə Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası(YAP) icra katibinin müavini Siyavuş Novruzov isə bu təkliflərə münasibət bildirərkən azadliq.org-a deyib ki, müraciəti imzalayanların əksəriyyətini tanımır.
S.Novruzov daha sonra sual edib:“Yaxşı olardı, təklif irəli sürən adamlar dünyanın bir ölkəsini göstərsinlər ki, orda maska, dərman pulsuz verilir, teslər dövlət hesabına aparılır”.
YAP-çı deputat “İspaniyada, İsraildə, Türkiyədə pulsuz maskaların paylandığı, yaxud testlər aparıldığı” replikasını“boşşeydir” deyə reaksiya verib: “Elə şey yoxdur. Həm də maskanın dəyəri nədir, 30 qəpikdir, bundan ötrü xüsusi müraciətə ehtiyac varmı? Eləşey təklif etsinlər ki, ciddi olsun. Yoxsa 30 qəpiklik maskadan ötrü müraciət edirlər ”.
Siyavuş Novruzov vurğulayıb ki, prezident 3 aydır işsiz və karantində işini itirən şəxslərə 190 manat pul verir, biznesmenlərin ziyanını dövlət ödəyir, ümumilikdə 3.5 milyard manat xərc çəkib: “Xəstəxanalarda pulsuz müalicə aparılır, o cümlədən, evlərdən xəstələr təcili yardıma zəng edirlər, gəlirlər. Bəs nəüçün bunları qeyd etmirlər? Dövlət nə bacarırsa, edir, bir nümunə göstərsinlər ki, dövlət onu etməyib, edib də. Fermerlərə yardımlar olunur, dövlət onun əvəzinə sahəni bellələməlidir ki? Bu gün həkimlər koronavirusla mübarizəyə görə iki ay yardım alırlar, cərimələrdən toplanan vəsaitlər də həkimlərəödənilir. Hazırda həkimlərimiz qəhrəmanlıq göstərir. Hansısa məsuliyyətsiz adam metroya minir və 50 adamı birdən yoluxdurur”
Deputatın fikrincə, həkimlər belələrinin məsuliyyəsiz hərəkətiylə mübarizə aparırlar: “ Hansısa həkim narazılıq edirsə, bilin ki, onlar koronavirusla mübarizədə iştirak etmir. Bəlkə dəçalışır ki, iştirak etsin, amma hər sahənin öz həkimi var. Başqa bir amil, Kubadan, Rusiyadan, Türkiyədən nə qədər həkim gətirilib, bunların hamısına pul verilir, dövlət nə edirsə, vətəndaşüçün edir”.


Müraciəti imzalayanlardan professor Adil Qeybulla isə hesab edir ki, karantin qaydaları yumşaldılan zaman bu addımın gerçəkləşməsi heç bir təlimatsız mümkün deyil: “Hazırkı epidemoloji durum həmin yanlışlığın nəticəsidir. Təəssüf ki, müvafiq qurumları başqa şeylər maraqlandırır, nəinki ki, genefond, pandemiyayla mübarizə”.
Adil Qeybulla Siyavuş Novruzovun münasibətini də düzgün saymır: “Müraciətə imza atan 11 nəfər neçə vaxtdır Dünya Səhiyyə Təşkilatının təlimatlarını, hesabatlarını oxuyub belə qənaətə gəlib ki, pandemiyadan az itkilərl əçıxaq. Deməli, hakim partiyanın üzvü belə danışırsa, hakimiyyətə bizim təkliflər sərf etmir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar