Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat bu icra başçısından narazılıq etdi: DTX…

Baxılıb: 890     Tarix: 07-08-2020 11:53   

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir çox rayonda əməliyyat həyata keçirsə də, bəzi rayon icra başçıları bundan nəticə çıxarmayıb. Qanunsuz əməllər rayonlarda davam edir.
Qanunvehedef.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxış edərkən deyib.
F.Mustafa bildirib ki, qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçaydır:
“Dünən həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Bəlkə elə ona görə onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması bəlkə də işin xeyrinədir”.шаблоны для dle 11.2