Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağı istəyirsiniz? Onda bunu edin!

Baxılıb: 540     Tarix: 30-12-2020 12:54   

Vətən müharibəsinin ilk günlərində cırıq ayaqqabılı bir baba öz pensiyasını Ordumuza bağışlayanda, gənclər ciblərindəki siqaretləri torbalara yığıb əsgərlərimizə aparanda, analar qazana 2 pay artıq ət atıb onu əsgərlərimizə göndərəndə, insanlar maaşlarını almağı səbirsizliklə gözləyib, əsgərlərə qida-geyim üçün pul yığanda əmin oldum ki, biz mütləq qalib gələcəyik.
İndi döyüşçülərimiz müharibə zamanı olan hadisələri danışırlar. Başa düşürsən ki, arxa cəbhədən olan bu dəstək Ordumuzun irəliləməsində ən azı 20-30 faiz rol oynayıb. Özləri deyirlər ki, arxa cəbhənin dəstəyini görüb daha inamla irəliləyirdik.
Sözümü nəyə gətirirəm. Hər birimiz müharibə vaxt söz verdik ki, əlimizdən gəldiyi qədər şəhidlərimizin xatirəsini yaşadacağıq, onların ailəsinin yanında olacağıq. Bəzilərimiz bunu edir, bəzilərimizin hələ fürsəti yoxdur və s.
Mən burada millət vəkillərinə diqqət çəkmək istəyirəm. Məsələn, millət vəkili Qənirə Paşayeva deputatı olduğu dairədə az qala hər gün bir şəhid, qazi ailəsinin evinə gedir, əlindən gəldiyi qədər yardım göstərir, dərdlərini dinləyir, onların yanında olduğunu bildirir. Bu azmış kimi, üstəlik, həmin şəhid haqqında yazı da yazıb saytlarda yayımlayır – yəni şəhidin xatirəsinin yaşadılmasına töhfə verir.
Əmin olun ki, onun bu addımı şəhid ailəsi üçün hazırda çox böyük təsəllidir: şəhid anası tək olmadığını görür, oğlunun xatirəsinin yaşadılmasına görə təskinlik tapır. Axı, biz dəfələrlə görmüşük ki, şəhid anaları müraciət edərək, oğlunun şəklinin paylaşılmasını, onu hamının tanımasını istədiyini deyir.
Bunu etmək çətindirmi?
Başa düşürəm, Milli Məclisin iclasları var, ola bilər ki, hazırda deputatlarımızın iş qrafiki çox gərgindir. Amma heç olmasa köməkçiləri vasitəsilə bunu etsinlər. Və ya MM-in iclasları yekunlaşandan sonra hər deputat öz dairəsi üzrə şəhid ailələrinin evini ziyarət etsin, qayğıları ilə maraqlansın. Açığı, buna ümidim böyükdür. Siz xalqa tərəf bir addım atın, xalq sizə tərəf 10 addım atacaq. Onda Azərbaycanımız daha güclü və daha bütöv olacaq. Bizim güclü olmağa ən çox indi ehtiyacımız var.
Onu da deyim ki, təkcə deputatlar yox, imkanı, fürsəti olan hər kəs əlindən gəldiyi qədər şəhid, qazi ailələrinin yanında olmalı, onlara kömək etməlidir. Bu, bizim Qarabağı haqq etmək şansımızdır.
Biz şəhidlərimizin ruhunu şad etməsək, Qarabağ torpağı bizi götürməz, itələyib geri atar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar