Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Keçmiş həyata qayıdırıq: 18 yanvardan isə... – Həkim

Baxılıb: 551     Tarix: 12-01-2021 11:57   
Hesab edirəm ki, yanvarın 18-dən etibarən sərt karantinin uzadılmasına ehtiyac yoxdur. Çünki yaxın zamanlarda peyvəndləmə işlərinə başlanılacaq. Xəstəxanalarda bununla əlaqədar otaqların hazırlanması və s. işlər başladılıb.
Bunu Qanunvehedef.az-a infeksionist Mərdan Əliyevdeyib. O bildirib ki, artıq SMS icazənin tətbiqinə və rayonlararası gediş-gəliş qadağasına ehtiyac yoxdur:
“Lakin hələ bir müddət də maskalardan istifadə etməli olacağıq. Çünki peyvəndləmə işləri iki fazalıdır. İkinci peyvəndləmə işləri başa çatandan sonra, təxminən, bu yaz əvvəlki həyatımıza tam qayıda biləcəyik”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev isə gündəlik statistikanın nisbi olduğunu və yumşaldılma üçün bunun kifayət etmədiyini bildirib:
“Ümumiyyətlə, gündəlik yoluxma ilə bağlı statistik rəqəmlər dünyada nisbi məlumatlar kimi qəbul edilir. Çünki dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da xəstəliyi yüngül keçirdiyi üçün həkimə müraciət etməyənlərin sayı kifayət qədərdir və onların sayının statistika ilə tənzimlənməsi hazırda mümkünsüzdür. Hesab edirəm ki, gündəlik yoluxma ilə bağlı rəqəmlərin xeyli aşağı düşməsi hələ ki, karantin rejiminin yumşaldılmasını zəruri etmir. Nəzərə almaq lazımdır ki, hazırda yoluxma sayının azalması SMS icazə, şəhərlərarası gediş-gəliş məhdudiyyətləri və digər qadağaların tətbiq edilməsinin nəticəsidir”.
N.Abdullayev yumşalmalara gedilən zaman əhalinin kifayət qədər maarifləndirilməsinin vacib olduğunu vurğulayıb:
“Yəni karantinin yumşaldılması küçələrə axışmaq, sosial məsafəni gözləməmək, zərurət oldu-olmadı bayıra çıxmaq anlamına gəlməməlidir. İnsanlar karantindən çıxışı virusun yox olması kimi dəyərləndirməməlidirlər.
Təbii ki, karantin rejiminin yumşaldılması həyata keçiriləcək. Amma unutmayaq ki, yumşalmadan sonra insanlar qaydalara əməl etməsə, təkrar yoluxma sayında artımlar olacaq və bu zaman yenidən sərt karantin rejiminin tətbiqi labüddür. Ona görə də insanlar canlı görüşlərdən uzaq durmalı və zərurət olmadan bütün canlı ünsiyyətləri özlərinə qadağan etməlidirlər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar