Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Deputat şəhid atası ilə görüşdü

Baxılıb: 520     Tarix: 15-01-2021 11:20   
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Qovlar şəhər sakini, Vətən müharibəsi şəhidi Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili şəhid atasını tarixi zəfər münasibətilə təbrik edib.
O, Zülfüqar kimi oğulların fədakarlığı sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildirib:
“Oğlunuz Zülfüqar Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!”
Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar