Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ombudsman qazilərlə görüşdü

Baxılıb: 472     Tarix: 27-01-2021 11:07   
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak etmiş qazilər David Sadiyev və Ömər Mirzəxanovla görüş keçirib.
Ombudsman Aparatından Qanunvehedef.az-a verilən məlumata görə, keçirilmiş görüşdə ABŞ-ın "Vaad L'hatzolas Nichei Yisroel" Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktor müavini, Bakı gürcü yəhudiləri dini icmasının sədri, görüşdə iştirak edən qazilərin də təhsil aldığı 46 nömrəli tam orta məktəbin yəhudi bölməsinin direktoru Rav Zamir İsayev də iştirak edib.
Ombudsman Səbinə Əliyeva qaziləri 44 günlük Vətən müharibəsində qazanılmış zəfər münasibətilə təbrik edib, onlara minnətdarlığını ifadə edib. Ombudsman Azərbaycanda mövcud olan bərabərlik və tolerantlıq mühitinə diqqət çəkib, ərazi bütövlüyümüzün təmin olunması uğrunda dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin dəstək göstərdiyini vurğulayıb.
Görüş zamanı Ombudsman qazilərin qayğıları ilə maraqlanıb.
Sonda qonaqlar göstərilən diqqətə görə Ombudsmana təşəkkür ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar