Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Goranboyda ermənilərin dağıtdığı evlər bərpa edilir

Baxılıb: 450     Tarix: 27-01-2021 15:55   

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində Goranboy rayonunda vətəndaşların dağılan evlərinin inşasına başlanılıb.
Qanunvehedef.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı Goranboy rayonunun bir neçə kəndində onlarla ev tamamilə dağıdılıb və ya qismən zərər görüb.
Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində rayonda zərər görən obyektlərə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə təmiri və ya yenidənqurulması aparılan obyektlərin əksəriyyətini qismən zədələnmiş və ya tamamilə dağıdılmış fərdi yaşayış evləri təşkil edir.
Beləliklə, dəyən ziyanın həcmi hesablandıqdan sonra Tap Qaraqoyunlu və bir neçə başqa kənddə dağıntıya məruz qalan evlərin inşası və bərpasına başlanılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. 44 günlük Vətən müharibəsi zamanı Goranboy rayonu da düşmənin silahlı hücumuna məruz qalıb və burada bir çox yaşayış evləri və obyektlər zərər görüb. Rayonda Vətən müharibəsi zamanı düşmən tərəfindən atılan mərmilər nəticəsində tam və qismən dağılan digər evlərin inşası və bərpası mərhələli şəkildə davam edəcək.шаблоны для dle 11.2