Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ANAMA əməkdaşı minaya düşdü

Baxılıb: 301     Tarix: 29-01-2021 12:36   
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb.
Bu barədə Qanunvehedef.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin Təmizləmə Qrupunun Bölmə rəhbəri, 04 iyul 1983-cü il təvəllüdlü Elməddin Tofiq oğlu Mirzəyev işğaldan azad olunmuş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.
Nəticədə Elməddin Mirzəyevin sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və o, çoxsaylı qəlpə yarası alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Ağdam rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar