Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ZİYA MƏMMƏDOV DA İSTİNTAQA ÇAĞIRILIB... – Sabiq nazirdən açıqlama (Yenilənib)

Baxılıb: 618     Tarix: 05-02-2021 15:20   

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olduğunu bildirib. Bu barədə o unikal.org-a açıqlamasında deyib.
"Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm" - deyə, sabiq nazir vurgulayıb.
Maraqlıdır ki, Ziya Məmmədov istintaqa çağrılması ilə bağlı məlumatı şərh etməyib. Əvəzində  "Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil..." -deyə, maddi durumunun yaxşı olmadığına dair mesaj verib...
***
Dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurların əhatə dairəsi böyüyür.
İlin əvvəlindən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərov, "Baku Stell Comany" MMC-nin rəhbəri Rasim Məmmədov və sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs ediliblər.
Xatırladaq ki, 2013-cü-ildən başlayaraq yarıtmaz fəaliyyətinə və adı müxtəlif korrupsiya qalmaqallarında hallanan çoxlu sayda məmur istefaya göndərilib. Dövlət hakimiyyətində mühüm vəzifələr tutmuş bu şəxslər və onların yaxınları daim əldə etdikləri hüdudsuz sərvət, dəbdəbəli həyat tərzi və qanunsuz hərəkətləri ilə cəmiyyətin gündəmindən düşməyiblər. Hakimiyyətin nüfuzuna zərbə vuran belə kadrların əksəriyyəti hakim komandadan təmizlənsə də, onlar müxtəlif yollarla cinayət təqibindən yaxa qurtarmışdılar.
Məlumatlı mənbələrdən "AzPolitika.info"-ya daxil olan məlumata görə, aparılan həbslər bu sıraya daxil olan oliqarxlardan da yan keçməyəcək. Mənbə bildirib ki, artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib. Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib.
Mənbə qeyd edir ki, bu şəxslərin məsuliyyətə cəlb olunması korrusiyaya qarşı mübarizədə siyasi iradə nümayişi ilə yanaşı həm də hüquq mühafizə orqanlarının rəhbərliyində aparılan dəyişikliklərlə bağlıdır. Məlumdur ki, DİN, DTX və Baş Prokurorluğa yeni kadrlar rəhbərlik edir. Onların xələfləri keçmiş komanda yoldaşlarının ört-basdır etdikləri korrupsiya və s. cinayətlərinin dosyelərini rəflərdən endiriblər.
Məlumatlı mənbə dövlətə külli miqdarda zərər vurmuş oliqarxların heç birinə güzəşt edilməyəcəyini vurğulayıb.
"Ölkəyə böyük pulların gəldiyi vaxtlar dövlət vəsaitlərini çapıb-taladılar, mənimsədilər, özlərinə burada və xaricdə topdağıtmaz var-dövlət yığdılar. Amma indi hesab vaxtı çatıb, kimin cinayəti varsa, cəzasını da alacaq" - deyə mənbə vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar