Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

TƏBRİK EDİRİK!

Baxılıb: 1 058     Tarix: 12-02-2021 14:22   
  
“Qanun və Hədəf” qəzetinin əməkdaşı, saf əqidəli jurnalist Xəyalə Məlikovanın ad günüdür. Bu münasibətlə redaksiya kollektivi onu təbrik edir, həyatda bol-bol səadət, peşə fəaliyyətində və yaradıcılığında yeni-yeni uğurlar arzulayır. 
Xəyalə xanım həqiqətən də günün aktual mövzularına həsr etdiyi maraqlı məqalələri, hadisələrin cərəyan etdiyi qaynar nöqtələrdən hazırladığı reportajları ilə qəzetimizin və eyni adlı saytımızın oxucu auditoriyasının genişlənməsinə töhfə vermiş, ən əsası isə yerlərdə rast gəldiyi problemlərin həllinə bilavasitə yardımçı olmuşdur. Məhsuldar və qüsursuz fəaliyyətini nəzərə alaraq redaksiya rəhbərliyi Xəyalə Məlikovanı ad günündə qəzetin Fəxri Diplomu ilə təltif etmişdir. İnanırıq ki, o, bundan sonra daha da şövqlə çalışacaq, oxucularının ona və təmsil etdiyi KİV-ə rəğbətini daha da artırmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.

 

“Qanun və Hədəf”


YENİLƏNDİшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar