Xəbər lenti
Arxiv
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Xəzərin sahili niyə donub? - Açıqlama

Baxılıb: 328     Tarix: 25-02-2021 13:30   

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donma halının olmasına münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, İnstitutun direktoru Ramiz Məmmədov Report-a açıqlamasında Şabran rayonunun Qilqilçay ərazisində Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlamasının qeyri-adi hal olmadığını bildirib.
O, bunu havanın temperaturunun mənfi 10 dərəcəyə qədər aşağı düşməsi ilə əlaqələndirib:
“Dənizin ləpədöyən hissəsinin buzlaşdığı həmin ərazi Xəzərin nisbətən dayaz yerləridir. Dayaz yerlərin də aşağı temperaturlarda donma ehtimalı daha yüksəkdir. Açıq dənizə hərəkət etsəniz görəcəksiniz ki, orada heç bir donma halı yoxdur”.
R.Məmmədov eyni zamanda soyuq hava şəraitinin üstünlük təşkil etməsinin səbəblərini də açıqlayıb: "Bunların hamısı iqlim dəyişmələrinin nəticəsi və təzahürüdür. Ekstremal halların həm sayı, həm də tezliyinin və diapazonun təkrarlanma sayı artacaq. Yəni fəlakət gətirəcək təbii hadisələrin sayı çoxalacaq. Misal olaraq, əvvəl bu say 5-10 aralığında idisə, bundan sonra 25-ə qədər artacaq. Yəni bundan sonra sürüşmələr, zəlzələlər, uçqunlar və s. təbii hadisələr çox olacaq. Odur ki, insanlar, xüsusilə də sahil zonasında yaşayanlar buna qarşı müəyyən hazırlıqlar görməlidir”.шаблоны для dle 11.2