Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda məktəblər bağlanır? - Rəsmi açıqlama

Baxılıb: 434     Tarix: 02-03-2021 13:14   
 

Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspertin sözlərinə görə, məktəblərin bir aydır açıqlamasına baxmayaraq, virusun yayılması səbəbindən artıq 30 məktəbdə tədris dayandırılıb:
"Əyani tədrisin başlaması ilə virusun yayım tempinin artacağı proqnozlaşdırılırdı. Ancaq bu qədər sürətlə yayılacağı gözlənilmirdi. Ona görə də bir həftəlik qapanma barədə qərar verildi".
Ekspert yaxın dəqiqələrdə bununla bağlı Təhsil Nazirliyinin rəsmi açıqlama verəcəyini də qeyd edib.
Təhsil Nazirliyi isə bu iddiaları təkzib edib və bildirib ki, 3-9 mart tarixlərində məktəblərin bağlanması qərarı ötən ilə aiddir.
"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir", - nazirliyin sözçüsü Cəsarət Valehov qeyd edib.
Xatırladaq ki, K.Əsədov bu açıqlamadan sonra da məlumatının doğruluğunda israr edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar