Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Millət vəkili şəhid polkovnikin ailəsi ilə görüşdü - Foto

Baxılıb: 424     Tarix: 04-03-2021 11:13   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovun həyat yoldaşı Günay Elzamin və qəhrəman şəhidimizin qızı Aysu Elzaminlə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, rəşadətli zabitin bədii əsərlərə çevriləcək həyat və döyüş yolu ilə maraqlanan Komitə sədri ürək sözlərini bölüşüb:
“Azərbaycan Ordusunun polkovnik-leytenantı Elzamin Təhməzov Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid zabitimiz Azərbaycan Prezidentinin sərəncamlarına əsasən III dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Elzamin kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!”
Qəhrəman şəhidimiz Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Şəhid polkovnik-leytenantın ailəsinə Komitə adından təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə millət vəkili Məşhur Məmmədov və RHİM İB sədri Arzu Bağırova iştirak edib, öz ürək sözlərini bölüşüblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar