Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Zəfər Muzeyinin təxmini yeri məlumdur, hazırlıq işləri başlayıb" - Mədəniyyət naziri

Baxılıb: 898     Tarix: 04-03-2021 14:03   

“Zəfər Muzeyi ilə bağlı hazırlıq işlərinə başlamışıq. Yer də təxmini məlumdur”.
Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, məsələ ilə bağlı müzakirələr davam edir. Nazir vurğulayıb ki, Zəfər Muzeyi Azərbaycanın Qarabağ zəfərinin simvoluna çevrilməli və gənc nəsillərə bu qələbənin nə qədər ağır şəraitdə əldə edildiyini, eyni zamanda necə şərəfli olduğunu isbat etməli və göstərməlidir: “Mədəniyyət Nazirliyi olaraq bununla bağlı bir çox yerli və xarici ekspertlərlə iş görürük. Məqsədimiz bu muzeyi təkcə Azərbaycanda yox, dünyada da unikal muzeyə çevirmək və şanlı qələbəmizi, Ali Baş Komandanın rəhbərliyi və siyasi iradəsi ilə qazanılan zəfərimizi dünyaya tanıtmaqdır. Bu zəfər tək Azərbaycanın yox, bütün Türk dünyasının zəfəridir”.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar