Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şamaxıdakı "Şəhidgah"dan ötrü Prezidentə müraciət olundu

Baxılıb: 513     Tarix: 07-08-2019 16:20   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: “Qanun və Hədəf” Beynəlxalq İctimai-Siyasi Hüquq qəzetinə

Sumqayıt şəhəri 12-ci mkr, ev 7, mənzil 31 ünvan sakini müvəqqəti olaraq Şamaxı rayonu 

Məlikçoban  kəndində yaşayan Abdulzadə Tapdıq Məzi oğlu tərəfindən

                                                  XAHİŞNAMƏ


1905-ci ildə Erməni-Müsəlman davası zamanı Türklərlə bərabər atamın atası babam Ehdi Abdul oğlu erməni daşnaklarına qarşı döyüş zaman türk əsgərlərinin bir çoxu və babam Şamaxı rayon Məlikçoban kəndi ərazisində Bəybulaq yaxınlığında Çarxan kəndi ilə arada şəhid olmuş və həmin yerdə də dəfn edilmişlər. O vaxtdan və hal-hazırki dövrdə də el arasında o yeri “Şəhidgah” adlandırırlar.
Çox təəssüf hissi ilə qeyd edirəm ki, həmin Şəhid qəbri dağılaraq üstündə taxıl əkilibdir. Kəndin məsul qurumları isə bu vandalizmə göz yumub, laqeyd münasibətlidirlər.
Odur ki, həmin sahədə şəhid məzarları bərpa edilərsə, həmin Şəhid qəbir baş daşları qoyularsa, bu Allaha da xoş gedər, Şəhid ruhuna bir töhfə olar.
Etdiyim rəsmi müraciət müqabilində Şamaxı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən məsul qurumlara müvafiq göstəriş verilmiş, tapşırıqlarda yerli məsul məmurlar tərəfindən belə saya salınmamış və nəzərə alınıb verilmiş göstərişlər yerinə yetirilməmişdir.
Mənim etdiyim müraciət müqabilində çoxlu sayda kənd sakinləri şahid qismində həmin qəbul yerinə gəlmiş və bu hadisənin həqiqətdə həmin yer olmağını dedikdən sonra mənim müraciətim öz təsdiqini real olaraq tapmışdır.
Sözügedən məsələni nəzarətə götürüb, aidiyyatı məsul qurumlara göstəriş verib həmin yerdə Şəhid məzarlığının bərpa etdirilməsinə dair göstəriş verməyinizi xahiş edirəm.
İnanır və ümid edirəm ki, sizlərin bu sahəyə qol qoymağınız şəhidlərin ruhuna böyük bir savab olar.

Hörmətlə: Tapdıq Abdulzadə
AZE №15700757
Mob.: (070) 244-19-78
27.07.2019-cu ilшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar