Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DİN-dən Bakıdakı atışma ilə bağlı - Açıqlama

Baxılıb: 522     Tarix: 07-08-2019 13:22   

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Qanunvehedef.az-a bildirilib ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.
Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.
Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.шаблоны для dle 11.2