Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ukrayna saytı Bakıdan oğurluq etdi – Məhkəmə

Baxılıb: 520     Tarix: 09-08-2019 14:30   

Ukraynanın "Megogo" saytı (www.megogo.az) Balans Milli Dublyaj Studiyasının dublyaj etdiyi filmləri oğurlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə studiyanın rəhbəri Sevda Həsənova məlumat yayıb. O bildirib ki, məsələni ölkə qanunlarına uyğun şəkildə həll etmək niyyətindədir və bu işlə bağlı artıq sənədləri məhkəməyə hazırlayıb:
“Hesab edirəm ki, dublyaj etdiyimiz və müəllif hüququ bizə aid olan məhsulları icazəsiz mənimsəyən təşkilatlar işin bütün çətinliklərini, ağırlığını və ağrısını dərk etmirlər. Studiyamızın tərcümə və qeyri-kommersiya məqsədi ilə dublyaj etdiyi “Üçqat təhlükə”, “Yaşıl kitab”, “Van Qoq. Əbədiyyət astanasında”, “Hanter Killer”, “Birincilərin zamanı”, “Hakim Dredd”, “Real oğlanlar”, “Oğru ovu”, “Reinkarnasiya”, “Qırmızı nanə”, “Milyarderlər klubu” və s. kimi filmlərin dublyajını Balans Milli Dublyaj Studiyasının və bu filmləri istehsal edən şirkət və distribütorlarının icazəsi olmadan necə istifadə etmək olar? Ümidvarıq ki, beynalxalq aləmdə hörməti və yeri olan "Megogo" şirkətinin rəhbərliyi bu faktı araşdıracaq və bu oğurluqda əli olan dələduzları cəzalandıracaq və Balans Milli Dublyaj Studiyasından üzr istəməklə yanaşı, ölkəmizdəki müəllif və digər hüquqlara hörmət edəcək, əks halda sözügedən əcnəbi şirkətin oğurluğu ilə bağlı əyani faktları məhkəməyə dəlil kimi təqdim edəcəyik”.
S.Həsənovanın sözlərinə görə, www.megogo.az saytı tərəfindən yayımlanmış filmlərdə müəllifin həm şəxsi (qeyri-əmlak) hüququ, həm də əmlak (iqtisadi) hüquqları pozulub:
“Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, “törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi)” müəlliflik hüququnun obyekti hesab edilir”.
Qurumun rəhbəri Balans Studiyasının megogo.net layihəsinin rəhbəri Yeqor Yarotskiyə pretenziya məktubunu göndərdiyini, layihənin tərəfdaşlarından olan Bakcell şirkətinin artıq məsələni araşdırdığını söyləyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar