Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

AzTV-də YENİ TƏYİNAT: Rövşən Məmmədov bu şəxsə yüksək vəzifə verdi

Baxılıb: 543     Tarix: 14-08-2019 14:41   

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir.
Qanunvehedef.az xəbər verir ki, "Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad edib.
Onun yerinə Elmar Əliyev təyin olunub.
Onu da nəzərə çatdıraq ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu bir müddət əvvəl bu vəzifəyə Rövşən Məmmədov özü təyin etmişdi.
Teleşirkətin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, N. Kərimov AzTV-yə gələn zaman onunla 6 aylıq müqavilə bağlanıb: "Bu müddət ərzində o maliyyə məsələlərində AzTV-yə kömək etməli idi. Müddət başa çatıb və öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Bu müddət ərzində Natiq müellim maliyyə məsələsində şəffaf sistemin təmin olunmasında bizə yaxından kömək etdi".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar