Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mehriban xanımın bu ordenlə təltif olunması... - Markov

Baxılıb: 489     Tarix: 14-08-2019 14:52   

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın "Dostluq" ordeni ilə təltif olunması, ilk növbədə, onun mədəniyyət və humanitar sahədəki fəaliyyəti, xalqlarımız arasındakı dostluq münasibətlərinə verdiyi böyük töhfə ilə bağlıdır.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Report-a rusiyalı ictimai xadim, "Siyasi Araşdırmalar İnstitutu"nun baş direktoru, politoloq Sergey Markov bildirib.
"Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva bu qurumun fəaliyyətini Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət sahəsində müştərək layihələri dəstək məcrasına yönəldir. Ötən illər həyata keçirilən onlarla, bəlkə də yüzlərlə layihə sırasında Moskvada geniş maraq doğuran Azərbaycan rəssamlarının sərgilərini qeyd etmək olar. Sovet rəssamlıq məktəbi çox yüksək səviyyədə olub. Bakıda da Rusiyanın müasir dizaynerlərin sərgiləri təşkil olunur. Bununla yanaşı, Mehriban Əliyevanın dəstəyi ilə Həştərxan vilayətində çox sayda tədbirlər keçirilir", – rusiyalı politoloq deyib.
"Mehriban Əliyevanın "Dostluq" ordeninə layiq görülməsi Birinci vitse-prezidentin ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük şəxsi töhfəni təsdiq etməklə, eyni zamanda Rusiya ilə Azərbaycan arasında bu gün sürətlə inkişaf edən münasibətlərin yüksək səviyyəsini ifadə edir", – S.Markov fikrini tamamlayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar