Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-ın İran sahillərinə yaxın gəmisində insident - 5 döyüş təyyarəsi ciddi zədələnib

Baxılıb: 467     Tarix: 22-08-2019 13:13   

ABŞ-ın İran sahillərinə yaxın beynəlxalq sularda döyüş növbəsi çəkən “Avraam Linkoln” təyyarədaşıyan gəmisində ciddi insident baş verib. Virtualaz.org Avia.pro internet-resursuna istinadən xəbər verir ki, insident nəticəsində beş döyüş təyyarəsi zədələnib, xəsarət alanlar var.
Məlumata görə təyyarədaşıyanın aviadonanmasının tərkibində yer alan 4 F-18 Super Hornet (vertikal uçuş qabiliyyətli) uğursuz enmə nəticəsində zədələnib və sıradan çıxıb. Habelə E-2D Hawkey kəşfiyyat təyyarəsi sıradan çıxıb və kəşfiyyat missiyasını yerinə yetirə bilmir, zavod şəraitində ciddi təmirə ehtiyacı var.


Məlum olub ki, o cümlədən zədələnən qırıcıların 2-i faktiki sıradan çıxıb, onların ancaq zavod şəraitində təmir edilməsi mümkündür. ABŞ hərbi dəniz qüvvələrinin komandanlığı insident barədə hər hansı təfərrüatlar açıqlamır.


Bununla belə bəzi mənbələr bildirir ki, E-2D kəşfiyyat təyyarəsi Hörmüz körfəzi üzərində neft tankerlərinin təhlükəsizliyinin təmin edilməsi missiyasından qayıdarkən təyyarədaşıyanın göyərtəsinə uğursuz eniş edib. Təyyarənin tormoz trosları zəiflədiyi üçün o vaxtında dayana bilməyib və yaxınlıqda dayanmış qırıcılara çırpılıb. Nəticədə F-18 qırıcılarını sıradan çıxarıb, bu zaman təyyarədaşıyanın heyətindən iki nəfər xəsarət alıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar