Xəbər lenti
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Trampdan Ərdoğana xəbərdarlıq: Bundan çəkinin!

Baxılıb: 192     Tarix: 08-10-2019 10:26   

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə ABŞ hərbçilərinə və ya onun müttəfiqlərinə zərbə endirməkdən çəkinməklə bağlı xəbərdarlıq edib və bunun qəbuledilməz olduğunu qeyd edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə TASS yazıb.
Trampın sözlərinə görə, Türkiyənin əməliyyata başlayacağı rayonda ABŞ-ın 50 hərbi qulluqçusu olub.
“Ərdoğanla söhbət zamanı böyük problemlərdən qaçmaq adına onu bizimkilərdən kiməsə zərər vurmamağa çağırdım”, - Tramp bildirib.
Qeyd edək ki, bu, Trampın ötən gündən bəri Türkiyə ilə bağlı 3-cü xəbərdarlığı kimi tirajlanıb. Belə ki, ilk olaraq ABŞ liderinin əməliyyat üçün razılaşdırılan sərhədləri keçəcəyi və İŞİD-çiləri saxlamayacağı halda Türkiyə iqtisadiyyatını dağıdacağını bildirdiyi yayıldı. Bunun ardınca isə Tramp “ABŞ əsgərlərini evə qaytarmaq üçün seçildim” (Suriyadan çıxmaq anlamında – red.) açıqlamasını verərək. bunları əlavə etdi: “Prezident Ərdoğana “İŞİD-çilərə görə siz məsuliyyət daşıyırsınız” dedim. Suriyada heç kimin tərəfini tutmuram. Ərdoğan ilə yaxşı əlaqələrimiz var”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar