Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tiflisdə həyəcan: Türkiyə Acariyaya girir? – Səfir

Baxılıb: 502     Tarix: 18-10-2019 14:32   

Biz son 2-3 gün ərzində Gürcüstanda Türkiyə əleyhinə böyük dezinformasiya dalğasının getdiyini gördük. Mən qeyd etmək istəyirəm ki, Türkiyə və Gürcüstanın quru və dəniz sərhədləri delimitasiya edilib.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.
“Suriya məsələsiylə bağlı Türkiyə və ABŞ arasında müəyyən gərginlik var və mən müşahidə edirəm ki, bu gərginliklə əlaqədar Gürcüstanda da müəyyən həyəcan yaşanır. Biz Gürcüstanda son 2-3 gün ərzində Türkiyəyə qarşı böyük dezinformasiya dalğasının getdiyini gördük. Bu dezinformasiyanın fərqli mənbələri vardı. Həddən artıq yalan informasiya Acariya və Türkiyə-Gürcüstan münasibətləriylə bağlıdır. Mən qeyd etmək istəyirəm ki, Türkiyə və Gürcüstan arasında quru və dəniz sərhədləri delimitasiya olunub. Bu kontekstdə bizə informasiya daxil olur ki, 2021-ci ildə Qars razılaşmasının 100 illiyi tamam olur, onun vaxtı bitir və Türkiyə Acariyaya müdaxilə etmək istəyəcək. Bizim Gürcüstan KİV-lərindən xahişimiz olacaq. Belə dezinformasiyalara diqqət yetirməyin. Biz əmin olduq ki, bu informasiyalar müəyyən mənada PKK ilə bağlı olan fərqli saytlar tərəfindən yayılır və onların yayılması provokasiya məqsədinə xidmət edir”, – deyə o bildiribшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar