Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ Suriyanın şimalında 2 hərbi baza yaradır – Nefti «qorumaq üçün»

Baxılıb: 1 009     Tarix: 07-11-2019 11:28   

 Qanunvehedef.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Ştatlar Suriyanın Deyr-əz-Zor əyalətində 2 yeni hərbi bazanın tikintisinə başlayır. Bu ərazidə zəngin neft yataqları yerləşir.
Bundan əvvəl Ağ Ev və Pentaqon işarə vurmuşdu ki, yenidən terrorçu İŞİD qruplaşmasının əlinə keçməsin deyə, Suriyanın başlıca neft yataqlarını nəzarət altına alacaqlar.
Türkiyə mənbələrinin noyabrın 5-də verdiyi məlumata görə, amerikalılar bazalardan birini Əs-Sur qəsəbəsi rayonunda tikirlər: «Anadolu agentliyinin məlumatına görə, hazırda bu rayonda «çoxlu sayda tikinti texnikası cəmləşib». ABŞ bu yataqlara 300 hərbçi və ağır texnika göndərib».
Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi (MN) bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar Suriyada «dövlət miqyasında talanla məşğuldur və ölkənin işğal edilmiş rayonlarında faydalı qazıntıların sənaye üsulu ilə işlənməsini həyata keçirir».
Peyk çəkilişləri bunu aydın şəkildə sübut edir – amerikalılar Suriya ərazisində neft hasil edir və emal üçün onu maşınarla ölkədən çıxardır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar