Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gürcüstanın ən mənfi imicli siyasətçiləri – Salome Zurabişvil, Bidzina İvanişvili…

Baxılıb: 529     Tarix: 19-11-2019 10:52   

Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə prezidenti Salome Zurabişvili qazanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) qeyri-hökumət təşkilatının Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.
Belə ki, rəyi soruşulanların 70%-i dövlət başçısının fəaliyyətini mənfi, yalnız 23%-i isə müsbət qiymətləndirib.
Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan “Girçi” Partiyasının lideri Zurab Caparidzedir. Onun işini respondetlərin 66%-i mənfi, 4%-i isə müsbət qiymətləndirib.
Neqativ reytinqdə üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili tutub. Sorğuda iştirak edənlərin 57%-i partiya liderinin fəaliyyətini mənfi, 32%-i isə müsbət kimi dəyərləndirib.
Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq Avropalı Gürcüstan Partiyasının sədri David Bakradzeyə məxsusdur. O, 57% müsbət, 36% mənfi rəy alıb. Tbilisi meri Kaxa Kaladzenin də göstəriciləri, təxminən, eynidir. Rəyi soruşulanların 49%-i onun fəaliyyətini müsbət, 42%-i isə mənfi qiymətləndirib.
Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar