Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Prezidentə yumurta atmışdı...- Qubernatorun müavini oldu + VİDEO

Baxılıb: 531     Tarix: 30-11-2019 17:08   

Ukraynanın İvano-Frankovsk vilayətinin qubernatoruna yeni müavin təyin edilib. Qanunvehedef.az xəbər verir ki, Ukrayna mətbuatında yeni müavin – Dmitri Romanyukun keçmişinə dair maraqlı fakt dərc edilib.
Məlum olub ki, D.Romanyuk vaxtilə ölkə gündəmini zəbt edən və uzun müddət müzakirə olunan hadisənin əsas qəhrəmanı olubmuş. Belə ki, Ukraynanın sabiq baş naziri və prezidenti olmuş Viktor Yanukoviçin İvano-Frankovsk şəhərinə 2004-cü ildə, yəni vəzifədə olduğu dövrdə baş tutan səfəri zamanı kuryoz hadisə baş vermişdi.
Yanukoviç onu gətirən xüsusi avtobusdan düşərkən “yumurta atəşinə” məruz qalmışdı. Nə qədər qəribə olsa da, həmin yumurtanın zərbəsindən Yanukoviç yerə yıxılmış və dərhal cangüdənləri tərəfindən hadisə yerindən uzaqlaşdırılmışdı.
Həmin vaxt bir yumurta ilə Yanukoviçi yıxan isə məhz D.Romanyuk olub. O zaman tələbə olan Romanyuk dərhal hadisə yerindəki güc strukturları tərəfindən həbs olunmuşdu. Bu hadisə çox müzakirə olunmuş və Yanukoviçin reputasiyasına ciddi dərəcədə mənfi təsir göstərmişdi.
Sözügedən hadisədən 15 il sonra D.Romanyuk qubernator müavini postuna seçilib. Bu məlumatı Ukraynanın hazırkı İnfrastruktur naziri Vladislav Kirikliy öz sosial şəbəkə səhifəsində paylaşıb və Romanyuku çox cəsarətli və “işıqlı” şəxs kimi dəyərləndirib. Nazir onunla birgə fotosunu da paylaşıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar